Oxunma sayı: 5718

“Yazmıyın ki, Natavanla Elnarə Röyaya duet təklif etdilər”

Müğənni Natavan Həbibi və Elnarə Xəlilova Murad Arifin klip təqdimatında bir araya gəlib.

Sənətçilər kameralar qarşısına keçərək sualları cavablandırıb.

Natavan və Elnarənin küsülü olduqları əməkdar artist Röya Ayxanla duet oxumaları haqda suala M.Arif "Heç kimə mahnı yazmıram, amma buna mahnı yazaram. Sırf bu səbəbdən edərəm. Mahnını bir nəfərə bəyəndirmək zülmdür, görün üç adama bəyəndirmək necədir. Yaxın günlərdə bunu gözləməyin” cavabını verib.

Natavan isə adının Röya ilə yanaşı yazılması haqda xəbərdarlıq edib:

"Yazmıyın ki, Natavanla Elnarə Röyaya duet təklif etdi. Murad hələ bizlə danışacaq”.

Qeyd edək ki, "W-trio" qrupundakı iştirakı zamanı dost olan sənətçilər uzun müddətdir küsülüdür. Natavan və Elnarə bu gün barışsa da, Röya ilə soyuq münasibətləri davam edir.

DİGƏR XƏBƏRLƏR