Oxunma sayı: 1371

Xatun Natavana "anakonda" dedi

Müğənni Xatun Əliyevanın Natavan Həbibi haqda açıqlaması onların küsülü olduğunu ortaya çıxarıb.

 

Sənətçi "ATV maqazin onlarla”da bildirib ki, bir vaxtlar dost olublar. Amma sonradan aralarında inciklik yaşanıb. 

Sənətçi Həbibini qeyri-səmimilikdə günahlandırıb:

"Natavan deyir ki, mən qızılam, brilyantam, məni istəyin. Hər nöqsanımla, aqresiyamla, süni gülüşlərimlə məni qəbul edin. Axı elə deyil. Çox qeyri-səmimidir və onunla danışmıram. Əmr verən hərəkətlər edir: ”Otur yerində”. Şou-biznesin qırığına da, bütövünə də canım qurban. Allah adamı yarımçığından qorusun. 

Bir dəfə Natavanla aramızda soyuqluq olmuşdu, özü barışdı. Onu başa düşmürəm, məcbur da deyiləm, istəmirəm də. Mənə uşağıyammış kimi davranmağı lazım deyil. Natavan, Səidə, Kərim, Ramal və mən qruplaşma yaratmışdıq. Natavan da orada "anakondalıq" edirdi. Mən də dedim ki, otur yerində. Allah köməyi olsun”.

DİGƏR XƏBƏRLƏR