Oxunma sayı: 1321

Nuri Sərinləndirici ata olub - Hələ üstəlik uşağın sünnəti də olub

Müğənni Nuri Sərinləndiricinin ata olması ilə bağlı xəbərlər yayılıb.
 
SHOWNEWS.AZ məsələ ilə bağlı sənətçinin prodüseri Lamiyə Ələkbərova ilə əlaqə saxlayıb. Sualı eşidən Ələkbərova gec xəbər tutduğumuzu eşidib gülümsədi: "Nuri ata olub. Bu da normaldır. Evli kişi ata olar da. Özü də 4 ay əvvəl olub. Təzə xəbər deyil ki.... Allah arzusunda olan hər kəsə nəsib etsin. Nurinin oğlu 4 aylıqdır. Hələ üstəlik sünnət də olub. Nuri hər zaman sənəti ilə gündəmdə olduğu üçün şəxsi həyatı haqda məlumat verməyi lazım bilməmişik"
 
Qeyd edək ki, sənətçi 2 il əvvəl Ceyn ilə Dominikanda ailə həyatı qurub. 

DİGƏR XƏBƏRLƏR