Oxunma sayı: 298

Bu gün konserti olan Damla xəsarət aldı – VİDEO

Bu gün solo "Elektra Hall”da solo konsertinə hazırlaşan müğənni Damla "Azərbaycan” adlı yeni klip çəkdirib.

İfaçı klipdə tarixdə döyüşkənliyi ilə seçilən qəhrəman və qeyrətli qadın sərkərdə Tomris obrazın canlandırıb. Damla klip çəkilişi zaman bütün döyüş səhnələrin özü canlandırıb. Bu haqda danışan müğənni çəkilişlər zamanı xəsarət aldığını da dilə gətirib:

"Aylardı hazırlaşdığımız layihəni reallaşdıra bildik. Soyuq, yağış, külək demədən hər gün var gücümüzlə, inadla həvəsdən düşmədik. Xəsarət alsam da, əllərimi yaralasam da, bu işdən zövq aldım. Tam hazırlıqlar yekunlaşdıqdan sonra sizlər də izləyə biləcəksiniz”.

Bu gün konsertə tam hazır olan ifaçı bu cür halların onun sevimli tamaşaçıları ilə görüşünə əngəl ola bilməyəcəyini də açıqlayıb:

” Yüngül bir şeylər idi, keçdi getdi. Axşamkı konsertə tam hazıram və sevimli tamaşaçılarımla görüşə bir çox yeniliklərlə gəlirəm”.


DİGƏR XƏBƏRLƏR