Oxunma sayı: 301

Bu da “Moşu”nun oğlu - FOTO

"Bəxt üzüyü” filmində "Moşu” obrazı ilə tanınan xalq artisti Valeh Kərimovun oğlu Emil Kərimov kameramıza tuş gəlib.
 
AZXEBER.COM-a açıqlama verən Emil atasının ona dəstək olduğunu bildirib: "Mən özüm Bakı Dövlət Universitetində Riyaziyyat fakültəsində təhsil almışam. Amma özüm 12 ildir AZTV-də çalışıram. Demək olar ki, mən də bu sənətə yaxınam. Atamın sahəsində işə düzəlmişəm, hər kəs mənə hörmətlə yanaşır".
 
O atasının canlandırdığı "Moşu" obrazından da danışıb: "Uşaq vaxtı atamın işlətdiyi sözləri mənə deyib zarafat edirdilər. Daha sonra böyüdükdən sonra bunu mənə deyən olmadı. Ən çox "Xoşbaxtlıx” və "ekologiya budur” kəlimələri deyib zarafat edirdilər”.

DİGƏR XƏBƏRLƏR