Oxunma sayı: 364

Yaşasaydı, 42 yaşı olacaqdı - Oğlu Hüseyn Dəryanın məzarında

Mərhum reper Hüseyn Dəryanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, reper 1975-ci ildə anadan olub. Yaşasaydı bu gün onun 42 yaşı tamam olacaqdı.

Oğlu Cahagir atasının məzarını ziyarət edib. O, qəbiristanlıqdan fotolarını sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Hüseyn Dərya karyerasına 2000-ci ildə başlayıb. Daha çox "Kef elə" mahnısı ilə məşhurlaşıb və bunun sayəsində böyük fanat ordusu yaranıb. 

14 mart 2014-cü ildə gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, repçi Hüseyn Dəryanın idarə etdiyi "99 EK 575" dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ” markalı maşına çırpılıb. Nəticədə ağır xəsarətlər alan H.Dərya 15 mart 2014 -cü il tarixində səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

 
 
 
 
 
 
DİGƏR XƏBƏRLƏR