Oxunma sayı: 568

Vasif Talıbovun oğlunun toyuna kimlər gəldi? - FOTOLAR

Bu gün "Buta Palace”da Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçirilib.
 
SHOWLIFE.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, V. Talıbov bir müddət əvvəl Naxçıvan daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirib.
 
Toyda iştirak edən şou-biznes nümayəndələri sosial şəbəkədə mərasimdən fotoları paylaşıblar.
 
Seymur Talıbovun özü də İnstaqram hesabında xanımı ilə özünün əlinin yer aldığı şəkli paylaşıb.
 
Qeyd edək ki, S. Talıbovla F. Ələkbərovun qızı 2015-ci ildə nişanlanıb. Həmin vaxt Fazil Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutub. Seymur Talıbov MR Ali Məclisinin üzvü, Naxçıvan Dövlət Universitetinin "Beynəlxalq əlaqələr üzrə prorektoru” vəzifəsində çalışır.


DİGƏR XƏBƏRLƏR