Oxunma sayı: 297

Toliklə Səidə barışdı: "Qorxuram ki, burnumdan gələr"

Müğənni Səidə Sultanla prodüser Tarix Əliyev (Tolik) barışıb.
 
SHOWLİFE.AZ xəbər verir ki, bu haqda Tolik özü xəbər yayıb.
 
O bildirib ki, barışıq addımını özü atıb:
 
"Əslində 20 gün olar barışmışıq. Özüm Səidəyə zəng vurdum danışdım və hiss etdim ki, məndən inciyib. Onun anası Sveta xanımı, rəhmətlik atasını, bacısını tanıyıram. Evlərində olmuşam, 100 kiloqram çörək kəsmişəm. O, "Maşın” şoudan sonra məndən heç nə yazmadı, demədi. Bilir ki, əsəbiyəm, tanıyır məni. Bilir ki, yalandan kiməsə dost demərəm. Amma Səidəyə haqsızlıq etdim, onu qınadım. Şouda biz bir olmalıydıq, amma ortaya düşən oldu. Sveta xalanı öpürəm. İnanıram ki, məni bağışlayarsınız. Qorxuram ki, Göyçayda yediyim peraşkilər burnumdan gələr”.
DİGƏR XƏBƏRLƏR