Oxunma sayı: 495

Talıb Tale ilə Damla canlı yayımda barışdı

İki küsülü müğənni Damla ilə Talıb Taleh Xəzər TV-də yayımlanan "Hər şey daxil” verilişində qonaq olublar. 
 
 Damla Talıbla aralarında soyuq küləklərin əsdiyini təsdiq edib.
 
Küsülüyün səbəbini Damla belə izah edib: "Konsertimizə 3-4 saat qalmış, Talıb zəng edərək gələ bilməcəyini bildirdi. Daha sonra oğlumun yeni il bayramı idi. Bir- iki ərkim çatdığım müğənniləri dəvət etdim. Talıb dedi gələ bilmərəm".
 
Daha sonra Talıb səhvin onda olduğunu deyərək əlavə edib: "Doğrudur mən tərəfdən Damlaya diqqətsizlik olub. Damla hər şeyə həssas yanaşır. Moskva konsertimizdən fotolar var idi. Damla ilə olan şəkilləri paylaşmadım. O zaman da məndən küsdü.”
 
Talıb hətta barışıq jesti olaraq "Gəl barışaq” adlı mahnı oxuyaraq, Damlanın könlünü almağa çalışıb.
DİGƏR XƏBƏRLƏR