Oxunma sayı: 868

Dünyada tanınan stilistin bu ay Özbəkistan və Türkiyədə master-klassı baş tutacaq

Azərbaycanın ən böyük və ən prestijli gözəllik mərkəzlərindən "Şafa studio və make-up school”un rəhbəri Şəfəq Novruzova beynəlxalq aləmdə tanınan stilistlərdəndir.
 
Tanınmış stilist dünyanın bir çox ölkəsində master-klaslar keçirib.
 
2005-ci ildə öz bacarığı, gücü və əzmi nəticəsində şəxsi kiçik salonunu açan stilist hazırda şəhərin ən təlabatlı və perspektivli salonunun sahibidir. Hazırda Shafa Studio şəbəkəsinə 3 böyük salon və Makeup School daxildir.
 
Stilist xanım 2016-cı ildə New Yorkda Makeup Forever Akademiyasinda Makeup dərslərinə qatılıb. 26 may 2016-cı il tarixində livanlı məhşur stilist Samer Khouzaminin, 2017-ci ildə isə Ceyhun Babaevskinin Bakıda master klassını təşkil edib.
 
O həmçinin Samer Khouzami, Nadi Gerber, Georgy Kot, Amina Daudova, Elene Sinyak, Ceyhun Babaevski və Natalya Shik kimi məhşur stilistlərlə işbirlikləri qurub. Məlumata görə, Şəfəq Novruzova bu günə qədər Rusiyanın Moskva, Ekaterinburq, Nijnevartovsk, Dərbənd, Mahaçqala, Surqut İranın Tehran şəhərində master-klasları olub.
 
Stilistliyə marağı olan 100-lərlə xaric vətəndaş Şəfəq Novruzovanın biliklərindən yararlanıb, ondan ustad dərsi alıblar. Onun İranın paytaxtı Tehranda baş tutan master-klassına 250-dən çox xanım qatılıb, iş prosesində isə 150-dən çox stilist iştirak edib.
 
Yaxın zamanlarda isə Şəfəq Novruzovanın Los Anceles, Krasnoyarsk, İstanbul, Daşkənt, Brühl-Heidelberq, Tümen, Astana, Dubay və Nyu-Yorkda master-klasları nəzərdə tutulub. Tanınmış stilist özü bu haqda sosial şəbəkədə məlumat paylaşıb.
 
Stilistin növbəti master-klassı yanvar ayının 15-16-sı Özbəkistanın paytaxtı Daşkənd şəhərində, yanvarın 22-23-ü isə Türkiyənin İstanbul şəhərində baş tutacaq.
 
Qeyd edək ki, Shafa School-un yarandiğı gündən bu günə qədər 1200-dən artıq məzunu olub.
 

 

 

 

 

 

 

 


 

DİGƏR XƏBƏRLƏR