Oxunma sayı: 613

Röyadan küsülü həmkarlarına barışıq addımı: “Onun harasındasa ağ tükü var”

Əməkdar artist Röya Ayxan "Xəzər maqazin” verilişində küsülü olduğu həmkarlarından danışıb.

O,açıqlamasında həmkarlarına barışıq əlini uzadıb.

Sevilən ulduz Natavan Həbibi və Elnarə haqda bunları deyib:

"Küsülü olmağım yadımdan çıxır. Mən hər kəsə salam verirəm. Ona görə də içimdə heç kimə qarşı küsülülük yoxdur. O iki qız nə vaxt istəyir küsüb-barışsınlar, mən onlardan heç vaxt küsmürəm. Mənim üçün əzizdirlər, ailəm kimidirlər. Üçümüzün də çox ağır həyatı var. Hamımız çiynimizdə yük daşıyırıq, onlar bilir ki, məndə olan yük daha çoxdur”.

İfaçı həmçinin bir müddət öncə qalmaqal yaşadığı Nigar Camalla olan münasibətinə də aydınlıq gətirib:

"Nigar yeganə adamdır ki, ona hirslənə bilmirəm. Bilirsiniz, belə pis oldum, doğrudan, çox istəyirdim. Sonra başa düşdüm ki, bu qıza əsəbləşə bilmirəm. Vallah, onun harasındasa ağ tükü var, onu qopardın”.

DİGƏR XƏBƏRLƏR