Oxunma sayı: 65

Rüşvət alarkən həbs olunan direktorun yerinə xalq artisti təyin edildi

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə xalq artisti Samir Cəfərova vəzifə verilib.

Opera və Balet Teatrının solisti Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub.

Nazir ötən gün Gəncədə olub. Vətəndaşlarla görüşən Qarayev məlum əmri elə orada olarkən verib. 

Xatırladaq ki, sözügedən postla bağlı dəfələrlə mediada məlumat yayımlanmışdı. Belə ki, Azərbaycanın xalq artisti Şahnaz Haşımova 19 il Filarmoniyanın direktoru olub. O, bu ilin mart ayında nazirin əmri ilə vəzifəsindən azad olunub.

Xalq artistini əvəzedən director Gülçin Mirzəyeva isə qalmaqallı şəkildə işdən çıxarılıb. Onunla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.  Xanım direktorun rüşvət alarkən görüntüləri yayılmışdı.

///report
DİGƏR XƏBƏRLƏR