Oxunma sayı: 546

Roza Zərgərli: "ATV və "Xəzər"də qadağadayam, buna səbəb isə .."

Uzun müddətdir "Azad Azərbaycan” telekanalında efirə çıxmasına qadağa qoyulan Roza Zərgərlinin kanal rəhbərliyi ilə münasibətlərinin yenidən qaydasına düşdüyü haqqında xəbərlər yayılıb.
 
AZXEBER.COM məsələ ilə bağlı ATV-nin ictimai –siyasi məslələr və ictimaiyyətlə əlaqələr departimentinin rəhbəri Turan İbrahimovla əlaqə saxlayıb. Turan portalımıza açıqlamasında deyib ki, ATV-də kiminsə "qara siyahı”ya salınması anlayışı və praktikası yoxdur:
 
"Bizim kanalda belə məsələ ola bilməz. Sadəcə son zamanlar televiziyasının efir siyasəti elədir ki, müğənnilərə az ehtiyac yaradıb. Müğənnilərin verilişlərin muxbirləri və produserləri ilə problemlərinin olması istisna deyil. Ancaq deyə bilərəm ki, Rozaya bizim kanalda qadağa yoxdur”.
 
Daha sonra müğənni Roza Zərgərli ilə əlaqə saxladıq. O, deyilənlərin doğru olduğunu bildirib
 
"Müğənnilər özlərindən heç nə uydurmur. Mən 2000-ci ildən fəaliyyətdəyəm. Bu qədər müddətdə ATV-də cəmi 10-15 dəfə efirə çıxmışam. 6 ay ərzində isə ödənişli əsaslarla "Bakı vaxt ilə” verilişində çıxışım olub. Son günlər çıxışıma gəldikdə isə o "MG qrupun” layihəsi olduğu üçün baş tutdu. O prodakşın üçün heç bir fərqi yoxdur. Kimi istəsə efirə dəvət edə bilir. Əslində isə mən həqiqətən ATV-də "qara siyahı”dayam. Bundan rəhbərlik xəbərdar olmasa da ikinci, üçüncü şəxslər belə vəziyyət yaradıb. Onlar özlərini rəhbərlik hesab edirlər. O qüvvələr aparıcılar deyil. Həm də müğənnilər adından rəhbərliyə yalnış məlumatlar gedir. Kiminsə ev şənliyinə çağırıldısa, müğənninin işi oldu getmədisə, o zaman müğənni qara siyahıya salına bilir. Belə bir atalar sözü var da "Ev yiyəsi evdə nəsə olursa ondan bixəbərdir?”
 
Müğənni hətta Turanın ona dəstək olduğunu və aralarında dost münasibətlərinin olduğunu deyib:
 
"Turan İbrahimov başqa kanallar da çalışanda mənə dəstək olub. Mən səhnəyə yeni dönüş edəndə də Turan mənə dəstək olurdu. Bu vəziyyətdən bəlkə də Turanın da xəbəri yoxdur.
 
Roza açıqalamasında problemin yalnız ATV ilə deyil  başqa kanallarla olduğunu da açıqlayıb.
 
"Amma bu problem yalnız ATV ilə deyil, Xəzər televiziyası ilə də var. Xəzər TV-nin efirində heç vaxt qadağada olmamışam, amma yaradıcı departamentinə yeni rəhbər gələndən sonra mənə qadağa qoyulub. O da hər hansısa müğənni və produserlərin əmri ilə bunu edib. Bəs "Xəzər" kanalı "Ailəmizin kanalı” şüarı ilə fəaliyyət göstərir. Niyə həmişə eyni müğənnilər çıxış edir?! Bu Respublikada çıxış edən yalnız 2-3 ifaçı var? Radiolarda da eyni vəziyyət hökm sürür.”
DİGƏR XƏBƏRLƏR