Oxunma sayı: 1354

"Qızlarımla eyni layihədə olmaq istəyirəm" - "İstanbullu gəlin"in aktrisası

Keçmiş aparıcı və aktrisa Defne Samyeli qızları Deren və Derinlə birlikdə eyni layihədə yer almaq istəyir. 

Sənətçi bu səbəbdən prodüserlərə çağırış edib. 46 yaşlı Samyeli "Qızlarımla eyni layihədə olmaq məni sevindirərdi. Onlara hər cür imkanı yaradıram” deyib. Defne ölənədək səhnədə qalmaq istədiyini də sözlərinə əlavə edib: 

"Mahnı bəstələyirəm. Hədəfim açıq havada konsert verməkdir. Ölənə kimi səhnədə olmaq istəyirəm”. 

Qeyd edək ki, Defne Samyeli sonuncu dəfə "İstanbullu gəlin" serialında Qərib bəyin keçmiş arvadı Siren rolunu canlandırıb.
 

DİGƏR XƏBƏRLƏR