Oxunma sayı: 452

Qəzada ölən qızları insanlar təhqir etdi, ailə "instagram"ı bağlamağa məcbur oldu

Minə Başaranın İnstagram hesabı ailəsi tərəfindən bağlanıb.
 
Showlife.az Türkiyə mətbuatına istinadən xəbər verir k, iş adamı Hüseyn Başaranın 14 apreldə evlənəcəyi qızı Mina subaylığa vida yığıncağına yeddi rəfiqəsi ilə birlikdə xüsusi təyyarə ilə Dubaya getmişdi. İstanbula qayıdan təyyarə İranda dağa çırpılmışdır. Üç nəfər hava limanı işçisi olmaqla on bir qadın ölüb.
 
Bu faciədən sonra Minə Başaranın şəkilləri istifadə olunmasın deyə instagram hesabı ailəsi tərəfindən bağlanıb. Eyni zamanda sosial şəbəkələrdə qızlar haqda yazılan tənqidi statuslar da diqqətdən qaçmayıb. 
 
Başaran Holdinqin sahibi Hüseyn Başaranın qızı Minə iki ildir eşq yaşadığı Metprint Dərcolunma Sistemlərinin sahibi Murad Gəzər ilə 20 oktyabrda İstanbul Təpəbaşındakı gecə klubunda Soho Houseda nişanlanmışdı. Cütlük 14 apreldə Çırağan Sarayında evlənəcəkdi.
 
Minə ən yaxın 7 rəfiqəsi ilə birlikdə subaylığa vida mərasimi üçün 3 gün əvvəl şəxsi təyyarə ilə Dubaya getmişdi. Həftə sonunu Dubayda keçirtdilər. Ötən gecə İstanbula qayıdacaqdılar. İçində 2 pilot, 1 stuardessa və 8 rəfiqəsinin olduğu təyyarə 16:41 radələrində Dubaydakı Şarika Havalimanından qalxıb. Deyilənə görə, təyyarədə nasazlıq baş vermişdir. İçəridə oksigen azlığı olduğundan pilotun təcili enməsi lazim idi. Lakin enən bölgə dağlıq olduğundan və arası kəsilməyən yağışa görə enmə təhlükəsi yaşanıb. Təyyarə 17:40 radələrində Şahrekord şəhəri yaxınlığında dağa çırpılıb.

İran Təcili Yardım Birliyi ölən 11 nəfərin şəxsiyyətlərinin açıqlanması üçün DNA testinin vacib olduğu açıqlanıb. 10 nəfərin meyidi tapılıb lakin 1 nəfər isə hələ də axtarılır. İran rəsmi axtarışı qəzaya uğrayan təyyarənin qara qutusunun olduğunu açıqlayıb.

Nərmin
DİGƏR XƏBƏRLƏR