Oxunma sayı: 1490

“Qaynanam dedi ki, oğlum subaydır” - Naibə efirdə ərindən danışıb ağladı - VİDEO - FOTO

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı aktrisa, Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyeva olub.

Əməkdar artist efirdə kövrələrək haqqında yayılan şayiələrə aydınlıq gətirib:

"Qoy məni öldürsünlər, amma bu cür yazıb mənə o ləkəni yaxmasınlar. Kim də yazırsa, onu Allaha tapşırıram. Guya mən kiminsə ailəsini dağıtmışam. Bu, mənim üçün çox böyük ləkədir. Ola bilsin ki, bu, bəzi insanlar üçün fərq etmir. Mənim özümün ailəm dağılıb, mən uşaq ikən atam, anam ayrılıb. Mən bunların hamısını yaşamışam.

Hələ o ayrılıq kağızını görə-görə kəndə gedib qayınanamdan soruşdum ki, sənin oğlun doğrudanmı ayrılıb? Qayınanam mənə dedi ki, qızım bunlar 10 ildir ki, ayrılıb. Mən ondan sonra evlənmişəm onunla".


DİGƏR XƏBƏRLƏR