Oxunma sayı: 248

“Oğlumu Anjelika öldürdü” - Nağılbazın atası

ARB TV-nin "Səhər-səhər” verilişinin komandası mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyevi nəvələri ilə görüşdürüb. 

 
Showlife.az-ın məlumatına görə, R.Cəbiyev bundan sonra hər zaman nəvələri ilə yan-yana olacağını və əlindən gələn köməyi əsirgəməcəyini dilə gətirib:

 

"Bundan sonra onların arxasındayam. Nəvələrim mənim üçün Anar Nağılbazın ən böyük əsəridir. Anarla bağlı olan hər şey mənim səsimi titrədir, gözlərimi yaşardır. Ona görə məni çox danışdırmayın.
 
Anjelika ilə bizim ulduzumuz barışmaz. O bizə böyük dağ çəkdi. Anası bu gün də ağlaya-ağlaya deyir ki, Anarı o öldürdü. Birbaşa tapança, bıçaq və ya zəhərlə öldürməsə də, həyatına zəhər qatıb öldürdü”.

DİGƏR XƏBƏRLƏR