Oxunma sayı: 60

Nüşabə Ələsgərli: “Qızım ağlaya-ağlaya gəldi ki, şəklimi...”

 

Əməkdar artist Nüşabə Ələsgərli şəxsi həyatından danışıb.

 

"APA TV”-nin "Show time” verilişində qonaq olan ifaçı bildirib ki, övladları mətbuatda görünmək istəmir: "Şəxsi həyatımı mətbuatdan gizlətmək üçün xüsusi bir səy göstərməmişəm. Sadəcə özəl suallar olanda cavablandırmamağa çalışıram. Bunu sənətə gəldiyim ilk gündən eləməmişəm. Çünki anam da istəmirdi ki, özəl həyatım müzakirə olunsun. Şükürlər olsun ki, şəxsi həyatımda gizlədəsi bir şeyim yoxdur. Sadəcə ailə üzvlərim kamera qarşısında görünməyi sevmir”.

 

N.Ələsgərli bir müddət öncə qızının şəkilinin mətbuatda dərc olunmasına da münasibət bildirib: "Bu yaxınlarda bir konsertə qızımla birgə getmişdik. Orada şəkil çəkdirdik, həmin fotoları heç bir sosial şəbəkədə paylaşmadım. Sadəcə restoranda bizim şəkillərimizi çəkən fotoqraf fotoları bir sayta göndərib. Sayt da bundan xəbər yazmışdı. Bundan isə mənim xəbərim də yox idi. Bir də gördüm, qızım ağlaya-ağlaya evə gəldi. Dedi, şəklimi sayta qoyublar. Mən tanınmış insan olsam da, qızım adi bir insandır, şəxsi həyatı var. Onun şəklini niyə icazəsiz qoymusuz? Uşaq neyləsin ki, anası müğənnidi? Şəkli sosial şəbəkəyə qoymuşdular, altına da pis-pis şərhlər yazmışdılar. Bu nə qədər düzgündü?”.

 

Qeyd edək ki, "Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.

 

DİGƏR XƏBƏRLƏR