Oxunma sayı: 636

Nuradan ehtiraslı Fotosessiya

Müğənni Nura Suri yeni fotosessiya etdirib. Sənətçi bunun üçün sarı saçlarını qaraya boyatdırıb.

SHOWLIFE.AZ məlumatına görə, Nura yeni görünüşündən danışıb:

"Biz bu fotosessiyanı kiminsə xoşuna gəlmək üçün yox, dəyişiklik olsun deyə etdik. Məni tanıyanlar bilir ki, 10 ildən çoxdur özüməməxsus imicim, saç düzümüm, geyim tərzim var. Həmişə insanlar niyə dəyişiklik etmədiyim barədə sual verirdilər. Mənim isə onlara cavabım eyni olurdu: "əgər mən özümə yaraşanı tapmışamsa, bununla daha rahatamsa, niyə komfortumdan əl çəkim?".

Stilist Elnur Həsənov və fotoqraf Alibəy Qasımovla belə qərara gəldik ki, layihə üçün dəyişiklik edək. Bu, həm də başqa bir tədbir üçün idi. Məni görənlər tanımadı. Bu da bizim istədiyimiz nəticə idi".

Müğənni bildirib ki, bəzi insanlar onun görüntüsündən razı olmayıb:

"Bəzi izləyicilərim saçın yaraşdığını bildirsə də, digər yarı bəyənmədi. Amma dediyim kimi, layihə üçün qısa müddətli dəyişiklik idi".





DİGƏR XƏBƏRLƏR