Oxunma sayı: 550

Nigar Camal DYP rəisinin qəbuluna getdi

Beynəlxalq "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi müğənni Nigar Camal dünən Bakı Baş polis İdarəsinin dövlət yol polisi idarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərovla görüşüb. Görüşdə son günlər Nigar Camalın DYP əməkdaşları arasında yaşadığı qalmaqal müzakirə olunub. 

Nigar Camal 1news.az-a veridiyi açıqlamada problemin artıq həll olunduğunu və Bakı Yol Polisi ilə birgə layihə həyata keçirəcəklərini deyib: "Biz mənim yol polisi əməkdaşları ilə aramızda yaranmış münaqişəni müzakirə etdik və onu uğurla həll edik. Beləliklə, bütün problemlər həll olunub, münaqişə sona çatıb. Bundan başqa, biz Bakı Yol Polisi ilə əməkdaşlıq barədə razılığa gəldik. Xüsusilə də təhlükəsiz sürücülüyün təbliği ilə məşğul olacağıq". 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bildirib ki, Yol Polisi rəhbərliyi ilə Nigar Camalın görüşü çox uğurla keçib: "Biz Nigar Camalla yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində müxtəlif layihələr həyata keçirmək barədə birgə razılığa gəldik".

Xatırladaq ki, Nigar Camal sosial şəbəkədə DYP əməkdaşlarından narazılıq ifadə edən status yazmış, bu zaman bəzi kobud ifadələr işlətməşdi.

DİGƏR XƏBƏRLƏR