Oxunma sayı: 1481

Nərgiz Nəsrin Cavadzadə haqda: “Məşhurluğu kifayət qədər deyil” – FOTOLAR

Aktrisa Nərgiz Əliyeva ötən gün baş tutan təqdimatlardan birinə qatılıb.

O, bir müddət öncə verdiyi açıqlamalardan sonra həmkarının qınağına tuş gəldiyini bildirib:

"Aktrisalarımızın Türkiyədə populyar ola bilmədiyini deyəndən sonra həmkarlarımın bəziləri mənə zəng vuraraq iradlarını bildirdi. Deyirlər ki, Nəsrin Cavadzadəni tanımırsan? Təbii ki, tanıyıram, amma canlandırdığı baş rolu mənə deyin. O, illərdir Türkiyədə yaşayır və hazırkı məşhurluğu kifayət qədər deyil. Ümumiyyətlə isə onu çox bəyənirəm. Gözəl və istadadlı qızdır. Niyə də baş rollarda çəkilməsin?”

N.Əliyeva yardıma ehtiyacı olanlara kömək etdiyini də deyib:

"Hərənin öz həyatı var. Kimin nəyi varsa sağlığına qismət olsun. Mən əlimdən gəldiyi qədər hər kəsə yardım etməyə çalışıram. Mən özümü belə şeylərlə reklam etmirəm. Tanıyanlar bilir ki, çoxlarına kömək oluram. Halal xoşları olsun. Bəziləri kimi əlimdə olanı gizlətmirəm”.

Aktrisa tanınmış xanımlar haqda deyilən nalayiq ifadələrə də münasibət bildirib:

"Bir-iki nəfərə görə hər kəsi ittiham etmək olmaz. Hamı özünə cavabdehdir. Babal yumaq ən böyük günahdır. Ən azından bu sözləri deyən Allahdan qorxmalıdır. Arxaca danışanlarla Allah özü bilsin”.

 

 

 


DİGƏR XƏBƏRLƏR