Oxunma sayı: 212

“Nadir Qafarzadə dedi ki, mən kişiliyi səndən öyrənmişəm” – Manaf Ağayev

 
"Samir Priyev deyir ki, Manaf mənim atamdır”

ARB TV-nin "Evgördü" verilişinin qonağı olan tanınmış müğənni Manaf Ağayev maraqlı açıqlamalar verib.

O, ilk olaraq sənət dostları ilə olan münasibətindən bəhs edib:
"Hamısı ilə aram yaxşıdır. Gediş-gəlişim olanlar var. Ağadadaş Ağayev, Baloğlan Əşfərov, Yusif Mustafayev, Vasif Məhərrəmli, Nadir Qafarzadə, Nüşabə Ələsgərli və b. ilə münasibətimiz çox yaxşıdır. Mənə qarşı onlar başqa cür ola bilməz, onlar bilir necə kişiyəm. O gün verilişdə idik. Nadir Qafarzadə dedi ki, mən kişiliyi də, dostluğu da Manafdan öyrənmişəm. Samir Piriyev deyir ki, Manaf mənə ata kimidir, atamdır. Mənimlə yaxın olandan sonra görürlər ki, əsl insan necə olur. Dost kimi əvəzolunmaz insanam. Bunu hamısı bilir. Dostlarımdan kiminsə problemi olsa, orada oluram".

Manaf Ağayev onu varlı müğənni adlandıranlar haqda da danışıb:
"Məni varlı müğənni kimi tanıyırlar. Hər şeyi alın tərimlə eləmişəm. Kimdənsə oğurluq etməmişəm. Mən dostlarımdan fərqliyəm. Yaxşı ev olması mənim hobbimdir, evimin geniş olmasına üstünlük verirəm. Camaat pul qazanmağa can atır, obyekt alır, mən isə ev. Mənim evimdən başqa siqaret çöpüm də yoxdur. Heç bir bizneslə məşğul olmuram".
 


DİGƏR XƏBƏRLƏR