Oxunma sayı: 409

Mətanət Əliverdiyeva işindən ayrıldı

Aparıcı Mətanət Əliverdiyeva 106.3 FM–də aparıcısı olduğu "Boomerang” səhər şousundan ayrılıb.
 
Aparıcı  açıqlamasında bildirib ki, buna səbəb telekanaldakı işlərinin çoxluğu olub:
 
"5 gəlin”də işlərim çox oldu. Həm də format dəyişdik. Sentyabrın 10-dan efirdə olmalıyıq. Rayonlara gedirik, heç cür çatdıra bilmirdim. Gecə gec qayıdırıq, tezdən çəkilişlərdə oluruq. Kollektiv mənə görə oturub gözləyirdi, alınmır. Sırf "5 gəlin”də olacam.
 
Bir də sentyabrın 9-dan "Qız atası” serialımız başlayır. Tam fərqli və daha maraqlı olacaq”.
 
Qeyd edək ki, "Boomerang" şousunu M.Əliverdiyeva ilə yanaşı Raqif Raufoğlu və Aytən Səfərova aparırdı. Bundan sonra proqramı Aytən və raqif birlikdə təqdime dəcək.
 
axsam.az
DİGƏR XƏBƏRLƏR