Oxunma sayı: 114

Messi iki uşağının anası ilə evlənir - sabah toydur

"Barselona"nın argentinalı ulduzu Lionel Messi nişanlısı, uşaqlıq dostu Antonella Rokkuzzo ilə evlənir.

Toy sabah Messinin doğulduğu Rosario şəhərində keçiriləcək. Medianın "İlin toyu" adlandırdığı mərasimə dünyanın hər bir yerindən məşhurlar gələcək. Qonaqların ümumilikdə 260 şəxsi təyyarə ilə gələcəyi deyilir.

Eləcə də, 300 mühafizəçi, 60 ölkədən olan 150 jurnalist də Argentinaya gediblər. 700-dən çox qonağın qatılacağı toydan yığılacaq məbləğ Messinin yaratdığı yardım fonduna köçürüləcək.

Qeyd edək ki, 30 yaşlı Messi 28 yaşlı Antonella ilə 2009-cu ildən sevgilidir. Onların 4 yaşlı Tyaqo və 1 yaşlı Mateo adlı övladları var. 
 
///axsam.az
DİGƏR XƏBƏRLƏR