Oxunma sayı: 435

Məşhur azərbaycanlı reperin ölümünün TƏFƏRRÜATLARI

ARB TV-nin "Yolun sonu" verilişi bu dəfə tanınmış reper Rüfət Ryderin (Əfəndiyev) xatirəsinə həsr olunub.

Ramil Nabran: "Qərar verdik ki, bir qrup yaradaq. Başladıq komandanı yığmağa. Sonradan qrupa Rüfət gəldi. Arıq, eynəkli, kompleksi olan oğlan idi. Gəlib ikinci mahnını gətirdi və uğurlu oldu. Musiqi yarışmasına bizi dəvət etdilər. Azərbaycanda ilk dəfə olaraq alternativ rep havası yarandı. Əsas öndə gedən qruplardan biri idik. Bunun səbəbi Rüfət idi. Rüfət öləndən sonra qrupda həmin atmosfer yox idi. Özüm çıxmağa qərar verdim. Rüfət öləndən sonra açıb baxıblar ki, ürəyinin bir damarı işləmirdi. Onun ölümü məni şoka saldı".

Fərid Eminov (Qurd): "İdeyanı mən vermişdim. Rüfətin güclü söz yazmaq qabiliyyəti var idi. Çox aranjimançılar oğurlayırlar. Amma Rüfət bunu özü yaradırdı. Bizim aramızda ən mülayimi Rüfət idi. Onun ölümünə 1 il qalmış qrupdan çıxmışdım. Sənəti atmışdım. Səbəb olaraq maraq görmürdüm. O, qapalı yerdə çox otururdu. Səbəblərdən biri bu idi. Çox siqaret çəkirdi. Biz onu sonradan bildik. Rüfət üçün klip çəkmək qərarına gəldik".

Sahib Cumayev (dostu): "Qrup şəklində fəaliyyət göstərirdilər. Sonra qrupda Azər adlı oğlan mənə müraciət etdi ki, studiya lazımdır. Mahnılarımızı yazmaq üçün. Bu minvalla görüşüb yaxınlaşdıq. Qrupun mahnılarını özü yazırdı. Çox talantlı uşaq idi. Rüfətlə birgə studiya götürdük. Həmin gün görüşdük. Rüfət məni bərk qucaqladı. Bir az keçəndən sora gördüm ki, ürəyi çox pis döyünür. Xəstəxanaya apardım, qalmaq istəmədi orada. Dedi ki, gedək bulvara gəzək. Nə qədər desəm də, qulaq asmadı. Bir az keçəndən sonra gördüm Rüfət əsir. Evə aparanda yolda işıqforda güzgüdən arxaya baxıb gördüm ki, Rüfət keçinib".

Roza Zərgərli: "Bizi Ramil tanış edib dedi ki, onda yaxşı mahnılar var. Beləcə tanış olub görüşdük. "Sənə əlvida", "Tap", "Mənimlə mənsiz" kimi mahnılarımı Rüfət yazıb. Fuad Əlişov Rüfəti görüb dedi ki, sənin klipində bu oğlan oynasın. Rüfət bu gün sağ olsaydı, gənc bəstəkarların içində bir nömrə idi. Rüfətin ölümü ilə özlərini reklam edənlər var idi. Anası məni qucaqlayıb dedi ki, bilirəm sən reklam etmirsən, içindən gəlir. O qrup Rüfətin sayəsində tanınırdı, ayaqda qalırdı. Rüfətin sayəsində çox ifaçı tanındı. Onun siqaret çəkməsini bilmirdim, günün 12 saatını birlikdə olurduq. Studiyası onu məhv elədi".
DİGƏR XƏBƏRLƏR