Oxunma sayı: 800

Mehriban Əliyeva və Leyla Əliyeva sərgidə - FOTOLAR

Noyabrın 22-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində sərgi keçirilib.Showlife.Az "Nargis" jurnalına istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan sərgi "Azərbaycan - tolerantlıq məkanı" adlanıb. Tədbirdə nümayiş etdirilən fotolar dünya şöhrətli iranlı fotoqraf Rza Deqatinin Azərbaycana səfəri zamanı çəkilib. Şəkillər ölkədə milli və dini tolerantlığın arzuolunan səviyyədə olduğunu, insanların öz inanc və ənənələrini sərbəst şəkildə dəstəkləyə bildiyini təzahür etdirir.Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva, vitse-prezident Leyla Əliyeva da iştirak edib. Fransa hökumətinin nümayəndələri, nazirlər, senatorlar, deputatlar, görkəmli ictimai və incəsənət xadimləri də qonaqlar arasında yer alıb.Tədbir Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.
DİGƏR XƏBƏRLƏR