Oxunma sayı: 46

"Maşın" şoudan sonra gözümdən düşdün" - Malikdən Samirə

Müğənnilər Samir Cavadzadə ilə ABD Malik küsülü imiş.

Sənətçilər bu haqda "V element” verilişində deyib.

Malik Samirə "Maşın” şoudan sonra gözdən düşdüyünü deyib:

"Səninlə yaxşı dost idik. Amma realiti-şoudan sonra gözümdən düşdün. Dostluğu qorumadın. Mənə qarşı orada düzgün etmədin. Orada səni mənə qarşı yanındakılar döndərdi”.

Samir isə Maliklə aralarındakı narazıçılığın səbəbini açıqlayıb:

"Malik orada dedi ki, guya mən içki içirəm və gedib başqalarına nələrsə danışıram. Sənin verilişdə işlətdiyin ifadədən sonra mənim də üzüm çöndü. Hələ də sənin içində qalıb o söhbət"

///Axşam.az

DİGƏR XƏBƏRLƏR