Oxunma sayı: 103

HELL enerji Macarıstana səyahət hədiyyə etdi - FOTOLAR

"HELL” enerji içkisi Novruz bayramı ilə əlaqədar 17-25 mart tarixləri arasında paytaxtın Gənclik Mall, 28 Mall və Park Bulvar AVM–lərində "Virtual Reallıq” formatında aksiya həyata keçirib. Qalibin Macarıstana səyahət qazanacağı aksiya böyük maraqla qarşılanıb və "Virtual reallıq” stendini minlərlə insan ziyarət edib.

Stenddə quraşdırılmış xüsusi virtual oyuna 30 mindən çox insan qoşulub və onlardan 1133 nəfəri qaliblər sırasına adını yazdıraraq əsas mükafat üçün final mərhələsində mübarizə aparmaq şansı qazanıb. Virtual oyunun şərtlərinə görə, iştirakçılar virtual eynəklərdə görünən binanın üstündən havaya doğru uzanan taxta parçasının sonundakı "HELL” enerji içkisini götürməli olublar. Stenddə quraşdırılan titrəyən taxta həmin həyəcanı real olaraq da yaradıb. "HELL”i götürüb qayıda bilənlər qaliblər siyahısına qoşulub və onların adları "random.org” saytına daxil edilib.

Qalib aksiyanın son günü tanınmış TV aparıcı İlkin Həsəninin moderatorluğu ilə "random.org” saytı vasitəsilə təsadüfən seçilib. Beləliklə, "HELL” enerji içkisinin "Virtual Reallıq” aksiyasının qalibi Natiq Abdullayev olub və o əsas mükafat olan Macarıstana səyahət hədiyyəsini əldə edib. 

Qeyd edək ki, Azərbaycanda aktiv marketinq siyasəti həyata keçirməklə fərqlənən "HELL” enerji içkisi uğurlu bazar siyasəti ilə yanaşı, son dövrlər istehlakçılarla ünsiyyətdə fəallığına görə ön sırada olan markalardan birinə çevrilib. "HELL” istehlakçılarla ünsiyyəti təmin etmək üçün həm rəqəmsal media, həm də telekanallar vasitəsilə insanlara çıxış imkanlarını artırır, bayram tədbirlərində özünəməxsus aksiyalar və kampaniyalar təşkil edir.

 

 

 

DİGƏR XƏBƏRLƏR