Oxunma sayı: 5634

"Hamınız tapılıb məsuliyyətə cəlb olunacaqsınız" - Afaq hədələdi

Aparıcı Afaq Gəncəli sosial şəbəkədə ona təhqirlər yazan izləyicilərinə xəbərdarlıq edib.
 
Axşam.az-ın məlumatına görə, aparıcı onları məhkəmə ilə hədələyib. Afaq onu təhqir edən izləyicilərinin adlarını paylaşaraq bunları yazıb: "Səhifəmdə bir dəfə bu növ xəbərdarlıq etmişdim. Buna baxmayaraq əməlləri təkrar edənlərə rast gəlirik. Bu günlər ərzində dəfələrlə təhqir yazan şəxslər rəsmi yolla tapılaraq müəyyənləşdirildi və şəxslər üzr istəyib, onları ictimaiyətə tanıtmamağımızı xahiş etdilər. Lakin yenə oldu... Xəbər saytlarının birində mənə məxsus videonun şərhləri arasında bəzi izləyicilərin təhqiramiz şərhlərinə rast gəldik. Buradan son xəbərdarlıq olunur: Etdiyiniz şərhlərə görə üzr istəməsəniz, hər biriniz tək-tək tapılaraq məsuliyyətə cəlb olunacaqsınız. Təhqir Azərbaycan Respublukası Cinayət Məcəlləsi 148-ci maddə üzrə cinayətdir. İnstaqramda mənəm-mənəm deyib, tərbiyəsiz şərhlər yazanlar, özünüzə hörmət edin. Yazıb, sonra üzr istəməyin, şəxsiyyətinizi qoruyun”.
DİGƏR XƏBƏRLƏR