Oxunma sayı: 256

"Əsla ərə getmərəm" - ölən müğənninin arvadı

5 ay əvvəl beyin qanamasından dünyasını dəyişən müğənni İbrahim Erkalın həyat yoldaşı Filiz Akgün Erkal müsahibə verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən məlumatına görə, müğənninin xanımı onun üçün çox darıxdığını və heç vaxt ərə getməyəcəyini deyib:
 
"Onun yoxluğu hər yerdə hiss olunur. İbrahimlə yaşadığımız evdə qalmıram. Çünki hara baxsam onu görürəm. Balaca oğlum təəssüf ki, onu heç tanımayacaq. Ürəyimdə ondan başqasına yer olmayacaq. O, mənə 3 əmanət buraxıb getdi. Bundan sonra ondan başqası həyatıma girə bilməz. Əsla ərə getmərəm! Bunu ona xəyanət sayaram”.
 

DİGƏR XƏBƏRLƏR