Oxunma sayı: 145

Elza Seyidcahan özünə eşşək dedi: "Hamı bizə bənzəsin"

Əməkdar artist Elza Seyidcahan növbəti "Əldən getdi” adlanan şeirini oxucularına təqdim edib.

Diqqət çəkən məqam isə şeiri hər dəfə öz şəkli ilə paylaşan E.Seyidcahan bu dəfə eşşək fotosu paylaşıb.

 

Müğənni AZXEBER.COM–a açıqlamasında bunun sirrini açıqlayıb. O eşşəyə olan sevgisi gizlədə bilməyib. Hətta özün eşşəyə bənzədib.

"İnsan həyatda həmişə əziyyət çəkir. Təhqir zamanı insana eşşək deyirlər. Eşşəyi təhqir etmək düzgün deyil. Həmin adama uyğun ad tapın. Çünki eşşək ən ağıllı, təmiz su içən, gözləri gözəl, zəhmət çəkib insanlara xidmət edən heyvandır. Onu çimizdirməsələr də o özü-özünü təmizləyir. Eşşək çirkab üçün deyil, həmişə yaxşılıq uğrunda çalışıb. Yaxşı niyyətli olub. Mən özüm də özümü eşşəyə bənzədirəm, hamı da gərək eşşək kimi olsun"

 

Ona görə yeni şeirimi üstündə lalələr olan eşşəklə paylaşdım. 

 

Həmin şeiri sizlərə təqdim edirik: 


Kimin üçün isə

Həmişə özümü qorumuşam

Kimə görə isə

Onu həmişə soyutmuşam

Qorxutmuşam, qovrulmuşam

Ancaq onu qorumuşam

Ona görə onu qorumuşam ki,

Gözəlliyim əldən getsin

Getsin, Getsin

Bir də , gördüm

Qorumağa dəyməz artıq

Çünki hər şey əldən getdi,

Getdi, getdi,

Nə qaldıki, bu həyatda?

Kimlər getdi, kimlər qaldı

Kimlər yatdı, kimlər baxdı

Kimlər qaçdı, kimlər satdı

Kimlər yedi, kimlər acdı

Kimlər basdı, kimlər asdı

Kimlər aldı, kimlər verdi

Kimlər çaldı mən oynadım

Kimlər yazdı mən oxudum

Kimlər gəldi mən qaçdim

Kimlər gəldi mən satdım

Kimlər gəldi mən verdim

Kimlər gəldi mən yatdım

Satdım gözəlliklərimi alanlara

Verdim gözəlliklərimi yatanlara

Tökdüm gözəlliklərimi yananlara

Sönsünlər, sönsünlər, yanmasınlar

Qorumağa dəyməz artıq

Gözəlliyim əldən getdi

Gözəlliyim əldə getdi.

DİGƏR XƏBƏRLƏR