Oxunma sayı: 558

Elnarə 5-ci dəfə hamilədir?

Müğənni Elnarə Xəlilovanın yenidən ana olacağı barədə şayiələr ortaya çıxıb.
 
İfaçının instaqramda paylaşdığı görüntülərdə qarın nahiyəsinin böyük görünməsi onun hamilə olması barədə xəbərlərin yayılmasına gətirib çıxarıb.
 
Elnarə sosial şəbəkə istifadəçilərin müzakirəsinə birdəfəlik nöqtə qoymaq qərarına gəlib. Xəlilova fotosunu paylaşaraq hamilə olmadığını qeyd edib:
 
"Hamilə deyiləm. Əməliyyatdan qalan qarındı. Gərək elə çılpaqlığı ilə hər şeyi biləsiz?”
 
Xatırladaq ki, Elnarə Xəlilova keçmiş aparıcı Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər, Öndər və Ərtoğrul adlı 3 oğlu var.


 
 
qafqazinfo.az
DİGƏR XƏBƏRLƏR