Oxunma sayı: 627

"Elə bil Anar adam öldürüb" - Zenfira həbs edilən əri haqda

Xəbər verdiyimiz kimi, müğənni Zenfira İbrahimovanın idmançı əri Anar Heydərov həbs edilib. 

Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşının başına gələn hadisəyə münasibət bildirib. 

O, sosial şəbəkədə ailəsini tənqid edənlərə sərt cavab verib:

"Anar Azərbaycan respublikasının vətəndaşıdır. Qanun hamı üçün qanundur. İstəyir müğənninin yoldaşı olsun, istəyir siravi vətəndaş, səhv addım atıb, cəzasını çəkməlidir. Bəsdirin, elə bil Anar adam öldürüb, oğurluq edib. Anar adam deyil, səhv addım ata bilməz? 

Seviyyənizi, insanlığınızı itirməyin, şərhlərinizə fikir verin".

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikletin sürücüsü Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib.

Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla” işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər.

İlkin araşdırma zamanı məlum olub ki, motosikleti idarə edən şəxsi Bakı şəhər sakini, 36 yaşlı Anar Atakişi oğlu Heydərovdur. Onun sürücülük vəsiqəsində isə motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı da üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmə qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

 
 
Реклама 17
 
DİGƏR XƏBƏRLƏR