Oxunma sayı: 191

Elarizdən etiraf: Mehriban Xanlarovanı sevirdim

Müğənni Elariz Məmmədoğlu şəxsi həyatı ilə bağlı bəzi etiraflar edib.
 
SHOWLİFE.AZ Axşam.az-a istinadla məlumatına görə, ifaçı Xalq artisti Aygün Kazımova ilə illərdir danışmadığını deyib.
 
"2009-cu ildə bir video yayılmışdı. Heç nədən inciyən deyiləm. Aramızda kiçik mübahisə yarandı. Kin saxlamadım. Həmin vaxtdan sonra heç onunla görüşmədik”, - deyə o bildirib.
 
E.Məmmədoğlu Əməkdar artist Mehriban Xanlarovanı bir vaxtlar sevdiyini deyib: "Bir universitetdə oxuyurduq. Dost idik, həm də ondan xoşum gəlirdi. Gənclik illərində bundan da gözəl idi. Bilirdi ki, ondan xoşum gəlir. Hər yerdə deyir ki, Elariz mənim üçün "ölür”. Sonra ikimiz də ailə qurduq. Bu yaxınlarda bir yerdə açıqladım ki, Mehriban xanımı sevmişəm. O vaxtlar başı çəkilişlərə qarışmışdı. Ətrafında çox adam var idi. Ona görə də sevgimi deyə bilməmişdim”.
 
M.Xanlarova isə ifaçının sevgisindən xəbərdar olduğunu söyləyib: "Elarizi sevməmişəm. Onun istəyini hiss etmişəm. Bütün qızlar bu duyğuları hiss edir. Həmin vaxt bir neçə nəfər mənə aşiq idi. İndi qocalıblar deyə etiraf edirlər. Elariz məni o vaxt cəlb edə bilməyib. Onun xanımına hörmət edirəm”. A.S.
DİGƏR XƏBƏRLƏR