Oxunma sayı: 379

"Bizim ölkədə acından ölən yoxdur" deyən əməkdar artist Bodrumda - FOTOLAR

Azərbaycanın əməkdar artist Ədalət Şükürov da istirahət üçün xarici ölkəyə yollanıb.
 
AZXEBER.COM xəbər verir ki, Ədələt Türkiyənin Bodrum şəhərində istirahət edir.
Tətildə olan əməkdar artist şəkillərin sosial şəbəkədə paylaşıb.
 
Qeyd edək ki, müğənni bir müddət öncə verdiyi açıqlama ilə gündəmə gəlmişdi. O demişdi: "İnsanların bizim müğənnilərə qarşı aqressiyasını anlamıram. Sosial şəbəkədə hansısa tədbirdən foto paylaşırsan, yazırlar ki, "sizə ayıb deyilmi, camaat acından ölür, siz kef edirsiz”. Bu nə rəydir? Bizim ölkədə acından ölən yoxdur". İfaçı bu sözlərinə görə kəskin tənqidə məruz qalmış və bu haqda xəbər yazan jurnalistləri təhdid etməkdən belə çəkinməmişdi.
Müğənninin Bodrumdan fotoları təqdim edirik:
 

 

 

 

DİGƏR XƏBƏRLƏR