Oxunma sayı: 286

Azərbaycanda hostel mədəniyyəti formalaşır - Foto

Son dövrlərdə ölkəmizdə turizmin inkişafı və turist axını nəticəsində xidmət sahəsində gözlə görünən inkişaf nəzərə çarpır

Showlife.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Bakı şəhərinin mərkəzində demək olar hər gün yeni otel, kafe, restoran, hostel və bu kimi ictimai-iaşə obyektləri açılır. Bu siyahıda hosteli xüsusi olaraq qeyd etmək lazımdır. Bakını mərkəzdən, taxi və digər nəqliyyat vasitələrinə ehtiyac olmadan gəzmək istəyənlər və premium hostel axtaranlar üçün Hostel Inn çox ideal seçimdir. Hostel, şəhərin tam mərkəzində, Fəvvarələr meydanı ərazisində yerləşir. Qız Qalası, Şirvanşahlar sarayı, İçərişəhər, Nizami kinoteatrı, Azərbaycan kinoteatrı, Rus Dram Teatrı, Bakı Şəhər Halqasına piyada 3-5 dəqiqəlik məsafədə yerləşir. Bütün otaqlar kondisioner ilə təmin olunub. Bəzi otaqlarda televizor da var.

Hostelə daxil olan digər xidmətlər: qardirob, dolab, paylaşılan hamam otağı, tualet, tərlik, şampun, sabun, məhraba, saç qurutma maşını, çamaşırxana, oyandırma servisi, 24 saat işləyən resepşn xidməti, pulsuz wi-fi və limitsiz çay.

Hostelə gələn qonaqlar aşağı mərtəbədə yerləşən Coffee İnn kafesində Milli və Avropa mətbəxinə xas özəl təamların dadına da baxa bilərlər. Qeyd edək ki, Hostel Inn-də qalan qonaqlar üçün səhər yeməyi tam ödənişsizdir. Daha ətraflı məlumat üçün Hostel İnn saytına daxil ola bilərsiniz.

Hostel, turizm şirkətləri və agentliklərin əməkdaşlıq təkliflərinə daim açıqdır.

 


0












DİGƏR XƏBƏRLƏR