Oxunma sayı: 99

“Atam külqabıyla anamın başını yardı” – Müğənnidən şok etiraf

ARB TV-nin "Sirdaş” proqramının növbəti qonağı müğənni Bahar Lətifqızı olub.

Müğənni uşaq vaxtı ailəsində baş verən mübahisələrdən söz açıb.

"Uşaqların psixoloqisyası mənə daha yaxındı. Yadımdadır ki, atam anamı çox döyürdü. Anamın epilepsiyası var idi, tez-tez ürəyi gedirdi. Pis ata deyildi. Qazanırdı, gətirirdi. Gözümün qabağında çox şeylər olurdu, amma bunu heç kimə deyə bilmirdim. Anamın ürəyi gedirdi, qonşular gəlirdi. Deyə bilmirdim ki, atam külqabını anamın başına vurdu, başı yarıldı. Deyirdim ki, yıxıldı başı dəydi qanadı”.
 

DİGƏR XƏBƏRLƏR