Oxunma sayı: 122

Ancelina Coli yeni eşqə yelkən açdı – FOTO

Hollivudun məşhur cütlüyü Brangelina özlərinə yeni həyat qurublar.

ABŞ mediasının iddiasına görə, dünya şöhrətli aktrisa Ancelina Coli yeni eşqə yelkən açıb.

42 yaşlı, 6 uşaq anası Coli bir əmlakçı ilə birlikdə olmağa başlayıb.

Məlumatlara görə, aktrisanın sevgilisi ondan yaşca çox böyükdür.

Kimliyi hələ məlum olmasa da A.Colinin bir müddətdir görüşdüyü yeni sevgilisinin film ulduzları qədər yaraşıqlı olduğu irəli sürülüb.

Qeyd edək ki, bir vaxtlar Brangelina olaraq anılan Bred Pitt və Ancelina Colinin "Mister və Missis Smit” filminin çəkilişlərində başlayan iş yoldaşlıqları eşqə çevrilmişdi.

Üç övladlıq, üç də bioloji uşaq sahibi olan cütlük 2014-cü ildə evlənmiş, lakin 2016-cı ildə yollarını ayırmışdı.


DİGƏR XƏBƏRLƏR