Oxunma sayı: 106

"Anamı itirdikdən sonra, fikirdən mən də xəstəlik tapıldı"

"15 noyabr... Bu tarixi heç sevmirəm. Amma ola bilsin tarixin də günahı yoxdur...”.
 
Bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb.
 
Anasını xatırlayan aparıcı bunları qeyd edib:
 
"İnsan həyata gəldiyi və getdiyi günü sevməlidir. Bir neçə il əvvəl anam uzun sürən xərşəng xəstəliyindən həyatı tərk edəndə mən lap tək qaldım. Hələ də bu ayrılığın sonuna tələsirəm. Sonra fikirdən, stressdən özüm də xəstəlik tapdım. Şükürlər olsun ki, mən müalicə olunuram. Amma anamı nə qədər müalicə etsək də, xilas edə bilmədik.
 
Ana haqqında nə yazılsa azdır... Kaş tarixi geri çəkmək gücüm olardı.... Rahat yat, sevimli anam mənim. Səndən birdə olmayacaq”
DİGƏR XƏBƏRLƏR