Oxunma sayı: 157

"Aktrisaya yumruq atdı, Avropada məşhurlaşmağı alınmadı"

Türkiyənin tanınmış prodüseri Türker İnanoğlu "Yeşilçam” ulduzları Türkan Şoray və Cüneyt Arkınla bir araya gəlib.

Prodüser illər sonra Cüneyt Arkınla bağlı maraqlı etiraf edib. O, Arkının İtaliyada aktrisaya yumruq atması səbəbindən Avropada məşhurlaşmadığını deyib:
 
"1973-cü ildə İtaliyada "Balaca kovboy” filminin çəkilişini edirdik. Cüneyt bu filmə görə orada məşhurlaşmağa başlamışdı. Çəkiliş meydançasına prodüserlər axın edir, ona film təklifi irəli sürürdülər. Hətta dili öyrənmək üçün İtaliyada qalacaqdı. Ancaq orada tanış olduğu xarici aktrisa ilə barda dava etdiyindən bu iş alınmadı. Cüneyt qadına yumruq vurmuşdu. Bununla da Avropada tanınması baş tutmadı. O zaman alkoqol asılılığı var idi. Ona Londondan alkoqolu tərgitdirən xüsusi dərman gətizdirmişdik. Xəbəri olmadan 3 il yeməklərinə qatdıq və bununla da asılılıqdan xilas oldu”.
 
///Axşam.az
DİGƏR XƏBƏRLƏR