Oxunma sayı: 348

4 dəfə ərdə olan müğənni yeni sevgilisi haqqında: “İlk dəfədir aşiq olmuşam!”

"Həyatımda ilk dəfədir ki, belə aşiq olmuşam!”
 
SHOWLIFE.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri pop diva Cennifer Lopes beysbolçu sevgilisi haqqında deyib. Müğənni müsahibəsində bildirib ki, Aleks onun həyatını tamamilə dəyişib. Cennifer Lopes etiraf edib ki, heç bir kişi onu Aleks Rodriqes kimi xoşbəxt etməyib. Ulduz səbəbini belə izah edib:
 
"Hiss edirəm ki, həyatımda ilk dəfədir belə işıq saçıram. Həm şəxsiyyət, həm ana, həm övlad, həm də dost və sevgili kimi daha yaxşı olmuşam. Və mən daha çox dəyişmək istəyirəm. İdeal olmaq gücüm xaricindədir. Lakin yaxşı olmaq üçün əlimdən gələni edirəm. Deyə bilərəm ki, ilk dəfədir belə harmonik münasibətlər yaşayıram. Bu o demək deyil ki, əvvəllər aşiq olmamışam, sadəcə birinci dəfədir hiss edirəm ki, biz bir-birimizə yaxşı təsir edirik. Biz bir-birimizi tamamlayırıq, bax bu, əsl məhəbbətdir. Bir-birini dəstəkləmək və sevdiyin insanı xoşbəxt etməyə çalışmaq sevgini daha sağlam və möhkəm edir”.
 
Məlumat üçün bildirək ki, Cennifer Lopesin 48, Aleks Rodrigezin isə 42 yaşı var. Cenniferin Mark Entoni ilə olan nikahından bir qızı və bir oğlu, Aleksin isə ilk nikahından 2 qızı var.
 
Xatırladaq ki, 4 dəfə rəsmi nikahda olan Cennifer Lopes Ocani Noa, Diddi, Kris Cad, Ben Alfek, Mark Antoni, Kasper Smart və Deyrklə görüşüb
 




DİGƏR XƏBƏRLƏR